ABŞ Prezidenti Donald Tramp federal qurumlarda yeni termin tətbiq edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp rəsmi sənədlərdə “süni zəka” əvəzinə “super zəka” ifadəsinin işlədilməsini nəzərdə tutan sərəncam imzalayıb.
Bu dəyişiklik federal qurumların yazışmalarına və hesabatlarına da şamil ediləcək. Ağ Ev “super zəka” anlayışının rəsmi tərifinin hazırlanmasını da tapşırıb. Bunun üçün prezidentin Elm və Texnologiya üzrə müşavirinə 60 gün vaxt verilib.
//Nəzər.Media
