ABŞ-İran danışıqlarında ciddi fikir ayrılığı yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İran nümayəndə heyətinin Nyu-Yorkdan dərhal ayrılmasını tələb edib.
Qərar danışıqlarda irəliləyiş əldə olunmamasından sonra verilib. İranın xarici işlər naziri Abbas Əraqçi və heyəti daha sonra Nyu-Yorku tərk edib. İran tərəfi isə səfərin əvvəlcədən planlaşdırıldığını bildirib.
//Nəzər.Media
