Bosniya və Herseqovina Serbiyada Ratko Mladiç üçün keçirilən mərasimə etiraz edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, xarici işlər naziri Elmedin Konakoviç Mladiçin dövlət və hərbi mərasimlə dəfn edilməsini tənqid edib.
Konakoviç bu mərasimin barışıq səylərinə zidd olduğunu bildirib. O, Srebrenitsa soyqırımının beynəlxalq məhkəmələrin qərarları ilə təsdiqləndiyini vurğulayıb. Serbiyanın xarici işlər naziri Marko Duriç isə bu ittihamları rədd edib.
//Nəzər.Media
