Almaniya kansleri Fridrix Merz NATO-nun Avropanın təhlükəsizliyində əsas rol oynadığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Merz NATO-nun Avro-Atlantik sülhün əsas dayağı olduğunu deyib.
Merz Rusiyanın siyasətinin Avropanın təhlükəsizliyinə təhdid yaratdığını bildirib. O, Almaniyanın hərbi gücünü artırmağa davam etdiyini vurğulayıb. Merz NATO daxilində birlik və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
//Nəzər.Media
