İsrail müxalifət lideri Yair Lapid Flydubai təyyarəsindəki hadisəyə görə hökuməti günahlandırıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Lapid hadisənin hökumətin səhlənkarlığından qaynaqlandığını bildirib.
Sərnişin təyyarəsi Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanına təcili eniş edib. Hadisə zamanı iki pilot arasında insident baş verib. Lapid hökumətin belə hadisələrin təkrarlanmayacağına zəmanət verməli olduğunu deyib.
//Nəzər.Media
