Məkkə İttifaqının ikinci toplantısı bu gün Ər-Riyadda keçiriləcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, toplantıda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın nümayəndələri iştirak edəcək.
Türkiyəni toplantıda xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu təmsil edəcək. Görüşdə siyasi və müdafiə məsələləri müzakirə olunacaq. Tərəflərin regional təhlükəsizlik məsələlərini də müzakirə edəcəyi gözlənilir.
//Nəzər.Media
