Nigeriyada silahlı hücum baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hadisə Plato əyalətində baş verib.
Hücumlar Mangu, Bokkos və Barkin Ladi bölgələrində baş verib. Silahlı hücumlar nəticəsində 28 nəfər həyatını itirib. Hadisələr zamanı çox sayda insanın yaralandığı bildirilib. Bölgədə təhlükəsizlik səbəbindən komendant saatı tətbiq olunur. Buna baxmayaraq, silahlı qrupların hücumları davam edib. Hadisələrlə bağlı araşdırma başlanıb.
//Nəzər.Media
