Rusiya Qara dənizdə Ukrayna bayrağı altında üzən iki yük gəmisini vurduğunu açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, gəmilərin hərbi yük daşıdığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi gəmilərin hədəfə alındığını bildirib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Çornomorsk limanındakı yanacaq anbarlarının da vurulduğu açıqlanıb.
//Nəzər.Media
