Alimlər gözün tor qişasına baxaraq insanın yaşını və bəzi sağlamlıq risklərini müəyyənləşdirməyin mümkün olduğunu açıqlayıblar. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, diabet və siqaret çəkmək tor qişasının daha sürətli yaşlanması ilə əlaqələndirilib.
Araşdırmada tor qişasının yaşı ilə insanın həqiqi yaşı müqayisə edilib. Diabet xəstələrində bu fərq orta hesabla 2,52 il olub. Alimlər üsulun hələ dəqiq bioloji yaş ölçmə vasitəsi olmadığını bildiriblər.
//Nəzər.Media
