Yunanıstan ABŞ-dan Türkiyəyə qarşı daha fəal mövqe gözləyir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Afina bu məsələdə ABŞ dövlət katibi Marko Rubionun dəstəyinə ümid edir.
Rubionun Afina səfərində müdafiə, təhlükəsizlik və enerji məsələləri müzakirə olunub. Yunanıstan Şərqi Aralıq dənizində hərbi tarazlıq yaratmağa çalışır. Afina ABŞ, Fransa və İsraillə müdafiə əməkdaşlığını da genişləndirir.
//Nəzər.Media
