ABŞ-nin Yuta ştatında süni intellektin həkim müayinəsi olmadan resept hazırlamasına imkan verən yeni proqram başladılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, sistem ilkin mərhələdə sızanaq müalicəsi üçün istifadə olunacaq.
Proqram xəstələrin üz görüntülərini və sağlamlıq məlumatlarını təhlil edəcək. Süni intellekt yalnız əvvəlcədən təsdiqlənmiş müalicə üsullarını seçə biləcək. İlk 100 resept həkimlər tərəfindən yoxlanılacaq.
//Nəzər.Media
