ABŞ-nin Nyu-York şəhərində miqrasiya xidmətinin əməkdaşı bir kişini güllələyərək yaralayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı kişinin 5 yaşlı oğlu da avtomobildə olub.
Hadisə şəhərin Marble Hill bölgəsində baş verib. Yaralı xəstəxanaya yerləşdirilib, uşağın xəsarət almadığı bildirilib. Şəhərin meri Zöhran Məmdani hadisəni pisləyərək ICE əməkdaşlarının şəhərdəki fəaliyyətinə son qoyulmasını tələb edib.
//Nəzər.Media
