Ümumdünya Səhiyyə Təşkilatı dünyada uşaqlar arasında piylənmənin artması ilə bağlı xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, dünyada təxminən 170 milyon uşaq artıq çəkidən əziyyət çəkir.
Mütəxəssislər bu vəziyyətin uşaqların sağlamlığı üçün ciddi risk yaratdığını bildirirlər. Sağlam olmayan qidalanma və hərəkətsiz həyat tərzi əsas səbəblər arasındadır. ÜST uşaqların sağlam qidalanmasına və fiziki fəallığına daha çox diqqət yetirilməsinə çağırıb.
//Nəzər.Media
