ABŞ Prezidenti Donald Tramp 2026-cı il Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp mükafatı ona verməməyin komitə üçün ciddi nüfuz itkisi olacağını iddia edib.
Tramp yanvar 2025-ci ildə yenidən prezident olduqdan sonra bu mükafata layiq olduğunu dəfələrlə söyləyib. O, səkkiz müharibənin başa çatmasına nail olduğunu və İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını iddia edir. Tramp ötən il mükafatı qazanan Venesuela müxalifətinin lideri Mariya Korina Maçado vasitəsilə bu şərəfə dolayı yolla çatdığını da bildirib.
//Nəzər.Media
