• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub

14 Oktyabr, 26 / 11:11
A A
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub

Bakının Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yenilənmiş cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir tatami və məşq prosesinin təşkili üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada yaradılan şərait liseydə təhsil alan gənc cüdoçuların hazırlıq prosesinin daha müasir tələblərə uyğun qurulmasına imkan verəcək.

Gənclər və idman naziri Fərid Qayıbov zalda yaradılmış şəraitlə tanış olub, şagirdlərlə söhbət edib və məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb.

Tədbir çərçivəsində Bakı-2026 cüdo üzrə dünya çempionatında -60 kq çəki dərəcəsində qızıl medal qazanan Əhməd Yusifova dünya çempionları üçün nəzərdə tutulan qırmızı bel yazısı təqdim olunub. Bel yazısını cüdoçumuza gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, Respublika Olimpiya İdman Liseyində inzibati bina, sinif və yataq otaqları, yeməkxana, eləcə də digər idman zalları da təmirdən sonra istifadəyə verilib.

Previous Post

Danimarkada müəllimlərə şagirdlərə fiziki müdaxilə hüququ verilməsi hazırlanır

Next Post

Bolqarıstan Qara dənizdə təhlükəsizliyi gücləndirmək istəyir

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.