Danimarkada müəllimlərin şagirdlərə fiziki müdaxiləsini tənzimləyən qanun layihəsi hazırlanıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, təşəbbüs Təhsil naziri Maqnus Heunikenin təklifi ilə irəli sürülüb.
Layihə Kopenhagen məktəblərində artan zorakılıq hallarına qarşı hazırlanıb. Müəllimlər təhlükə yaradan və dərsin gedişini pozan şagirdlərə son vasitə kimi müdaxilə edə biləcəklər. Qanunun qüvvəyə minməsi üçün parlamentdə qəbul edilməsi tələb olunur.
//Nəzər.Media
