• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı

22 Oktyabr, 26 / 20:03
A A
Avtobusu sürməkdən imtina edən tiktoker sürücü işdən çıxarıldı

“Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub”.

Nəzər.Media oxu.az-a istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O, bildirib ki, “BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında sürücü ilə sərnişin arasında baş vermiş insident araşdırılıb və sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən olunub:

“Baş vermiş insidentlə əlaqədar sürücünün izahatı alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.

Qeyd edək ki, sürücülərin əsas xidməti vəzifəsi sərnişinlərin müəyyən edilmiş marşrut üzrə başlanğıc məntəqədən təyinat məntəqəsinə təhlükəsiz şəkildə çatdırılmasını təmin etməkdir. Yalnız sürücünün səhhətində yaranan və nəqliyyat vasitəsini idarə etməsinə mane olan hallar, eləcə də avtobusda hərəkətin davam etdirilməsinə imkan verməyən texniki nasazlıqlar istisna olmaqla, digər səbəblərlə sərnişindaşıma fəaliyyətinin dayandırılması və sürücünün xidməti vəzifələrinin icrasından imtina etməsi yolverilməzdir. Qeyd olunan hallar baş verdikdə isə sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verməli və müvafiq təlimatlara uyğun hərəkət etməlidir.

“BakuBus” MMC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə sürücülərin xidməti fəaliyyətinə nəzarətin gücləndirilməsi və daxili intizam mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcək”, – açıqlamada bildirilib.

Xatırladaq ki, sözügedən sürücü tiktokerlik edirdi. O, sürücülük fəaliyyəti və iş prosesi zamanı baş verən hadisələrlə bağlı yumoristik videolar çəkirdi.

Previous Post

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Next Post

Azərbaycan Peşəkar Döyüş Klubunun (“TT FIGHT”) yeni idman zalının açılışı olub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.