Oktyabrın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun (“TT FIGHT”) yeni idman zalının açılışı olub. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra nazir Fərid Qayıbov gənc idmançıların məşqini izləyib, onlarla söhbət edib. Tədbirin bədii hissəsində gənc idmançıların nümunəvi çıxışları təqdim olunub.
