• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Azərbaycan pasportu dünyada neçənci yerdədir?

22 Oktyabr, 26 / 21:03
A A
Azərbaycan pasportu dünyada neçənci yerdədir?

Azərbaycan pasportu beynəlxalq pasport reytinqində 73-cü yerdə qərarlaşıb. Təqdim olunan reytinq məlumatlarına əsasən, Azərbaycan vətəndaşları 68 istiqamətə vizasız və ya gəliş zamanı viza almaqla səfər edə bilərlər.

Henley & Partners şirkətinin hazırladığı Henley Passport Index müxtəlif ölkələrin pasportlarının sahiblərinə əvvəlcədən viza almadan səyahət edə biləcəkləri istiqamətlərin sayına görə müqayisə aparır.

Təqdim olunan siyahıda Azərbaycan Ermənistanı qabaqlayır. Bu ölkə 78-ci yerdə qərarlaşıb və 63 istiqamətə çıxış imkanı təqdim edir. Digər ölkələrdən Qırğızıstan 59 ölkəyə səfər imkanı ilə 81-ci, Özbəkistan 57 ölkə ilə vizasız səfərlə 82-ci pillədə qərarlaşıb. Keçmiş sovet respublikaları arasında sonuncu yerdə Türkmənistan yerləşir. Reytinqdə Türkmənistan vətəndaşlarının 44 ölkəyə sadələşdirilmiş rejimdə səfər imkanları 93-cü pillə ilə qiymətləndirilib.

Henley Passport Index-in 2026-cı ilin iyul buraxılışında Sinqapur 192 istiqamətə vizasız və ya gəliş zamanı viza ilə giriş imkanı ilə birinci yerdədir. Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və Cənubi Koreya 188 istiqamət göstəricisi ilə ikinci yeri bölüşür. Sonrakı pillələrdə Avropa ölkələrinin pasportları yer alır.

2026-cı ilin iyul məlumatlarında Əfqanıstan dünyanın ən zəif pasport göstəricisinə malik ölkə olaraq sonuncu yerdədir. Bu ölkənin vətəndaşları 22 istiqamətə vizasız və ya gəliş zamanı viza ilə səfər edə bilirlər.

Qeyd edək ki, Henley Passport Index Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatları əsasında hazırlanır və mütəmadi yenilənir. Reytinqdə vizasız girişlə yanaşı, gəliş zamanı viza və elektron səyahət icazəsi ilə mümkün olan istiqamətlər də nəzərə alınır.

//milli.az

Previous Post

Azərbaycan Peşəkar Döyüş Klubunun (“TT FIGHT”) yeni idman zalının açılışı olub

Next Post

Kişi voleybolçular arasında Super Liqanın yeni mövsümü başlayır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.