Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Mavi qartallar”la “kimyaçılar”ın görüşünü Tural Qurbanov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“Zirə”nin start heyəti:
13. Aydın Bayramov(GK)
32. Qismət Alıyev (C)
2. Amin Seydiyev
14. Elçin Əlicanov
11. Ayxan Hüseynov
4. Ruan Renato
9. Davit Volkov
21. Rikardo Martins
5. Ange Mutsinzi
3. Dimitri Leqbo
7. Eren Aydın
“Zirə”nin ehtiyat oyunçuları:
72. Hüseynəli Quliyev(GK)
41. Anar Nəzirov(GK)
6. Hacıağa Hacılı
48. Ramiz Muradov
57. Yusif Hacıyev
43. Əhliman Süleymanzadə
20. İssa Cibrila
33. Mehdi Mişahşah
23. Dameyn Smit
29. Kris Diqbeu
“Zirə”nin baş məşqçisi: Rəşad Sadıqov
“Sumqayıt”ın start heyəti:
16. Marko Yohanson
29. Emil Mustafayev
17. Nihad Əhmədzadə
4. İsa Suliman (k)
42. Sedrik Badolo
10. Ronaldo Vaskez
80. Keffel Resende
55. Lukas Blek
11. Mamadi Banqre
21. Tiaqo Almeyda
5. Renan Santana
“Sumqayıt”ın ehtiyat oyunçuları:
22. Xəyal Fərzullayev
12. Aftandil Arixov
3. Höccət Haqverdi
20. Ayxan Süleymanlı
75. Nadir Orucov
97. Vüsal Paşayev
23. Rüfət Əhmədov
37. Nihad Orucəli
19. Roi Kehat
27. İmani Barker
“Sumqayıt”ın baş məşqçisi: Filipe Kandido
Turun digər görüşləri 24 Oktyabr və 25 Oktyabrda baş tutacaq. 24 Oktyabrda iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Şəfa” “SOCAR Polymer Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Bakı təmsilçisi ilə “sarı göylər”in görüşünü Cavid Cəlilov idarə edəcək.
Günün ilkinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Turan Tovuz”u qəbul edəcək. “Ağ-qaralar”la “boz qurd”un görüşünü Əli Əliyev idarə edəcək.
Turun sonuncu görüşləri 25 Oktyabrda baş tutacaq. Oktyabrın 25-də iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “İmişli” “İmişli şəhər stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Pələnglər”lə “şirlər”in görüşünü Rauf Cabarov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Dalğa Arena”da “Qarabağ”ı qəbul edəcək. “Bayquşlar”la “köhlən atlar”ın görüşünü Rəşad Əhmədov idarə edəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda “Qəbələ”ni qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “qırmızı-qaralar”ın görüşünü Əkbər Əhmədov idarə edib. Görüş 1:2 “Qəbələ”nin xeyrinə başa çatıb.
“Araz-Naxçıvan”-“Qəbələ”-1:2
Qollar: 36. Mohamed Mara(1:1) //8. İsmael Akinade(0:1), 48. İsaak Amoah(1:2)
Qırmızı vərəqələr: //
