Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları dayandırmasının təhlükəli nəticələr doğuracağını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Zelenski bu addımın Rusiya Prezidenti Vladimir Putinin mövqeyini gücləndirəcəyini vurğulayıb.
Zelenski Rusiyaya təzyiqin azaldılmasına qarşı çıxıb. Onun fikrincə, sanksiyalar Moskvanın müharibə imkanlarını məhdudlaşdırmaq üçün vacib vasitədir. Vaşinqtonun bu məsələdə hansı qərarı verəcəyi diqqətlə izlənilir.
//Nəzər.Media
