İran ABŞ-yə müraciət edərək müharibənin heç bir tərəfə fayda verməyəcəyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Tehran Vaşinqtonu hərbi qarşıdurmadan çəkinməyə çağırıb.
İran tərəfi müharibənin bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini vurğulayıb. Tehran problemlərin diplomatik yollarla həllinin vacibliyini qeyd edib. ABŞ-dən bu çağırışa necə cavab veriləcəyi hələ məlum deyil.
//Nəzər.Media
