Ağ Ev ABŞ-ın İrana qarşı mümkün hücumu ilə bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Vaşinqton noyabrın 3-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum etməyəcək.
Bu açıqlama ABŞ-İran münasibətlərində gərginliyin artdığı vaxta təsadüf edir. Ağ Evin bəyanatı hərbi əməliyyat ehtimalı ilə bağlı müzakirələrə təsir edə bilər. Seçkidən sonrakı dövr üçün isə konkret plan açıqlanmayıb.
//Nəzər.Media
