• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

26 Oktyabr, 26 / 14:21
A A
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Bakıda kütləvi dava zamanı bir nəfərin öldürülməsi ilə bağlı cinayət işi üzrə oğlu Əhməd Əlizadə həbs edilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin istefa verəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə məsələ ilə bağlı çoxsaylı şərhlər və fərziyyələr yayılsa da, partiya rəhbərliyində sədrin istefası məsələsinin müzakirə olunmadığı bildirilib.

Partiyanın aparat rəhbəri Rəşad Bayramov Trend-ə açıqlamasında bildirib ki, partiya fəaliyyətini sosial şəbəkələrdəki iddialar əsasında deyil, nizamnaməsinə uyğun həyata keçirir.

“Bu məsələ partiyada müzakirə predmeti deyil. Partiya öz fəaliyyətini sosial şəbəkələrdəki iddialarla yox, öz nizamnaməsi əsasında həyata keçirir. Odur ki, partiya sədrinin istefası hər hansı bir formada müzakirə predmeti deyil”, – o qeyd edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 23-də saat 00:10 radələrində Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri nəticəsində qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan bir qrup şəxs, o cümlədən AMİP sədri Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin hadisədə iştirakının, həmçinin cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

//milli.az

Previous Post

Husilər Səudiyyə Ərəbistanına üç hücum təşkil etdiklərini açıqladılar

Next Post

CENTCOM komandanı Hörmüz boğazı üzərində uçuş həyata keçirdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.