
ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper Hörmüz boğazı üzərində helikopterlə uçuş edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Kuper İranın dəniz blokadasını həyata keçirən hərbi qüvvələrə baş çəkib.
O, bölgədəki vəziyyətlə tanış olub və hərbçilərlə görüşüb. Kuper boğazdakı əsas keçid yollarının İranın dəniz minalarından təmizləndiyini bildirib. O, ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsinin vacibliyini vurğulayıb.
//Nəzər.Media
