Avropa İttifaqında uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması təklif olunub. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər 13 yaşdan kiçik uşaqlar üçün ümumi yaş həddi istəyib.
Təklifə görə, bu yaşda uşaqlar yalnız valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə edə biləcək. Məqsəd uşaqları internetdəki təhlükələrdən qorumaqdır.
//Nəzər.Media
