ABŞ-ın Avropanın təhlükəsizliyinə verdiyi təminatlarla bağlı narahatlıqlar artır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 10 Avropa ölkəsi nüvə müdafiəsi sahəsində əməkdaşlığı gücləndirməyə başlayıb.
Plan çərçivəsində nüvə silahı daşıya bilən Fransa qırıcılarının Avropanın müxtəlif bölgələrində yerləşdirilməsi nəzərdə tutulur. Təşəbbüsün məqsədi Rusiyaya qarşı çəkindirici gücü artırmaqdır. Böyük Britaniya, Almaniya, Polşa və Skandinaviya ölkələri də plana qoşulub.
//Nəzər.Media
