ABŞ Ali Məhkəməsi Donald Trampın müraciətini təmin etməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla da ona qarşı çıxarılan münsiflər heyətinin qərarı qüvvədə qalıb.
Tramp yazıçı E. Cin Kerrolla qarşı cinsi təcavüz və böhtan işi üzrə məsul sayılır. ABŞ Prezidenti qərarla razılaşmadığını və hüquqi mübarizəni davam etdirəcəyini bildirib.
//Nəzər.Media
