ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT-nin baş katibi vəzifəsinə irəli sürülən namizədlərin heç birini dəstəkləmir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton hazırkı namizədləri uyğun hesab etmir.
BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır. ABŞ yeni rəhbərin təşkilatda əsaslı islahatlar aparmasını istəyir. Vaşinqtonun mövqeyi yeni baş katibin seçilməsi prosesini çətinləşdirə bilər.
//Nəzər.Media
