ABŞ yeni gömrük rüsumlarına hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Qərar 60-a yaxın ölkəni əhatə edə bilər.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə addımlar atılacaq. Araşdırma məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsullarla bağlı aparılır. Vaşinqton hesab edir ki, bir çox ölkə bu sahədə kifayət qədər tədbir görmür. Buna görə əlavə gömrük rüsumlarının tətbiqi təklif edilib. Təklif olunan rüsumların 10-12,5 faiz arasında olacağı bildirilir. Siyahıya Türkiyə də daxil olmaqla 60 ticarət tərəfdaşı salınıb. Yeni qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir. Hazırda tətbiq olunan 10 faizlik müvəqqəti qlobal tarifin müddəti isə iyulun 24-də başa çatır.
//Nəzər.Media
