
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ-da sinaqoqa silahlı hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Miçiqan ştatının Vest Blumfild şəhərində yerləşən “Templ İsrael” sinaqoqun baş verib.
Hücumu törədən şəxs təhlükəsizlik əməkdaşlarının müdaxiləsi zamanı öldürülüb. Bu barədə ərazi üzrə şerif Maykl Burcarhd məlumat verib.
Onun sözlərinə görə, şübhəli avtomobili ilə sinaqoqun ərazisinə daxil olub və burada silahlı qarşıdurma yaşanıb. Hadisə zamanı bir təhlükəsizlik əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib. Miçiqan qubernatoru Gretçen Vaytimer hücumu qınayaraq ştatda antisemitizm və zorakılığa yer olmadığını vurğulayıb.
//Nəzər.Media
