ABŞ Xəzinə Nazirliyi İranla bağlı yeni sanksiyalar tətbiq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, siyahıya Çin və Honq Konqdan 9 şəxs və qurum daxil edilib.
Onlar İran ordusuna silah dəstəyi verməkdə ittiham olunub.ABŞ rəsmiləri İranın maliyyə şəbəkəsinə zərbə vurulduğunu bildirib.
Sanksiyaların davam edəcəyi də qeyd olunub.
//Nəzər.Media
