ABŞ Ukraynaya 108 milyon dollarlıq raket sistemi satışını təsdiqləyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, paketə “Hawk” hava müdafiə sistemi daxildir.
Satışa ehtiyat hissələri və texniki xidmət də əlavə olunub. Vaşinqton bu addımın Ukraynanın müdafiəsini gücləndirəcəyini bildirib. Qərarın qüvvəyə minməsi üçün Konqresin də razılığı lazımdır.
//Nəzər.Media
