ABŞ-ın Kornell Universitetində 2024-cü ildə baş verdiyi iddia edilən cinsi zorakılıq hadisəsi yenidən gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, zərərçəkmiş tələbə universiteti və hadisədə adı çəkilən şəxsləri məhkəməyə verib.
Tələbə hadisədən sonra təhdidlər aldığını və polis müdaxiləsi ilə üzləşdiyini bildirib. Universitetin bəzi tələbələrə verdiyi yüngül cəzalar da narazılıq yaradıb. Etirazlardan sonra Nyu-York ştatının qubernatoru işi baş prokurorluğa yönəldib.
//Nəzər.Media
