ABŞ-ın “Abraham Lincoln” təyyarədaşıyan gəmisi 286 günlük missiyadan sonra Taylanda çatıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, gəmi aylarla davam edən fasiləsiz xidmətin ardından limana yan alıb.
Gəminin gövdəsində uzunmüddətli səfərdən sonra güclü pas izləri aşkarlanıb. Təxminən 5 min hərbçinin xidmət etdiyi gəmidə baxış və təmir işləri aparılacaq. Gəminin uzun müddət dənizdə qalması heyətin şəraiti ilə bağlı da müzakirələrə səbəb olub.
//Nəzər.Media
