ABŞ və İran arasında danışıqlarda yeni razılıq əldə olunmayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Donald Tramp Tehranı nüvə məsələsində geri çəkilməkdə ittiham edib.
Vaşinqton İranın son təklifini qəbul etməyib. İsrail ordusunun mümkün hücum ehtimalına görə yüksək hazırlıq vəziyyətinə keçdiyi bildirilir. Bölgədə atəşkəsin pozulması riski artır.
//Nəzər.Media
