ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp hərbi gərginliyin daha 3 həftə davam edə biləcəyini bildirib.
Tramp ABŞ qüvvələrinin İranın 8 gəmisini məhv etdiyini iddia edib.
Bundan əlavə olaraq ABŞ Hərbi Dəniz Qüvvələri İran tərəfdən raket və PUA hücumlarına məruz qalıb. Pentaqon hücumların dəf edildiyini açıqlayıb. Bölgədə hərbi gərginliyin artdığı qeyd olunur.
//Nəzər.Media
