ABŞ İranın Hörmüz boğazına nəzarəti tam itirdiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio boğazın açıq olduğunu bildirib.
Rubio neft daşımalarının əvvəlki səviyyəyə yaxınlaşdığını deyib. İran isə boğaz üzərində tam nəzarəti saxladığını bildirir. Tərəflərin açıqlamaları bir-birinə ziddir.
//Nəzər.Media
