ABŞ İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib. Vətəndaşlara ehtiyatlı olmaları tövsiyə edilib.
Xəbərdarlıq Ərbilə pilotsuz uçuş aparatları ilə edilən hücumlardan sonra yayılıb. ABŞ səfirliyi İraqa heç bir səbəbdən səfər edilməməsini bir daha vurğulayıb. Bildirilib ki, ölkənin hava məkanı istənilən vaxt bağlana bilər. Sərnişinlərə uçuşdan əvvəl aviaşirkətlərdən məlumat almaq tövsiyə olunub. ABŞ-ın Bağdaddakı diplomatik missiyasının isə fəaliyyətini davam etdirdiyi bildirilib.
