ABŞ ilə Kuba arasında gərginlik artır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vaşinqton “USS Nimitz” təyyarədaşıyan gəmisini Karib hövzəsinə yerləşdirib.
Bölgəyə əlavə olaraq iki hərbi gəmi də göndərilib.ABŞ ordusu bunu hazırlıq və güc nümayişi adlandırıb.
Qeyd edək ki, “USS Nimitz” daha əvvəl Tayvan boğazı və Ərəb körfəzində də xidmət edib.
//Nəzər.Media
