ABŞ İranla əlaqəli bəzi kriptovalyuta birjalarına sanksiya tətbiq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, siyahıya “Nobitex” də daxil edilib.
Rəsmilər bu platformaların İranın maliyyə əməliyyatlarını asanlaşdırdığını iddia edib. Digər “Wallex”, “Bitpin” və “Ramzinex” birjaları da sanksiya siyahısına salınıb. ABŞ tərəfi rəqəmsal aktivlər üzərindən nəzarəti gücləndirəcəyini bildirib.
//Nəzər.Media
