ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı bildirilən qayığa zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər həlak olub.
ABŞ Cənub Komandanlığı əməliyyatın kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini açıqlayıb. Bildirilib ki, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə qayığın zərbədən sonra alovlandığı görünür.
//Nəzər.Media
