ABŞ İranın Hörmüz boğazındakı Keşm adasına zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran buna cavab olaraq bölgədəki ABŞ hərbi obyektlərini hədəfə aldığını açıqlayıb.
Məlumata görə, Küveytdə yerləşən ABŞ bazalarına raket zərbələri endirilib. İran həmçinin Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargahına raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirib. Hadisə bölgədə gərginliyi daha da artırıb.
//Nəzər.Media
