
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
ABŞ və İsrail orduları İran rejiminə məxsus bir sıra hərbi obyektlərə yeni hava zərbələri endirildiyini açıqlayıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumların İranın raket və pilotsuz uçuş aparatları ilə yaratdığı təhlükəyə qarşı həyata keçirildiyini bildirib.
Açıqlamada bu təhdidlərin dəqiqliklə müəyyən edilərək məhv edildiyi qeyd olunub.
İsrail Müdafiə Qüvvələri isə İranın əsasən İsfahan və Qum şəhərlərində yerləşən raket qurğuları və hava müdafiə sistemlərinin hədəf alındığını açıqlayıb. İsrail ordusu hücuma qatılan döyüş təyyarələrinin havaya qalxma görüntülərini də yayımlayıb.
//Nəzər.Media
