• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

06 İyul, 26 / 20:56
A A
ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

6 iyul ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondu, SOCAR, bp, GL Group, “Kolin” şirkəti və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) dəstəyi ilə 20-ci Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi keçirilib. Bu il proqram “Enerji Təhlükəsizliyi və İnnovasiya” mövzusuna həsr olunub və 6–17 iyul 2026-cı il tarixlərini əhatə edəcək.
Artıq 20-ci dəfə təşkil olunan Bakı Yay Enerji Məktəbi enerji təhlükəsizliyi, enerji diplomatiyası, enerji keçidi və dayanıqlı inkişaf sahələrində beynəlxalq dialoqu təşviq edən nüfuzlu platformalardan biri kimi dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, enerji şirkətlərinin rəhbərlərini, akademikləri və gənc mütəxəssisləri bir araya gətirib.
Tədbirin açılışında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev, bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli, Azərbaycan Respublikasının energetika nazirinin müavini professor Elnur Soltanov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və “GL Group”un xarici əlaqələr və kommunikasiyalar üzrə qrup vitse-prezidenti, professor İlqar İbrahimli çıxış ediblər. Çıxışçılar ölkəmizin qlobal enerji sektoruna verdiyi töhfələrdən, proqramın əhəmiyyətindən, sürətlə dəyişən geosiyasi və makroiqtisadi reallıqlardan, eləcə də iqlim dəyişikliyi ilə bağlı aktual mövzulardan bəhs ediblər. Sessiyaya ADA Universitetinin prorektoru, professor Fariz İsmayılzadə moderatorluq edib.
Tədbir çərçivəsində ADA Universiteti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
İki həftə davam edəcək proqram çərçivəsində iştirakçılar enerji bazarları və iqtisadiyyatı, geosiyasət, enerji diplomatiyası, bərpa olunan enerji, enerji maliyyələşdirilməsi, enerji keçidi və regional enerji əməkdaşlığı kimi mövzular üzrə mühazirə və panel müzakirələrində iştirak edəcəklər. Proqramın tərkib hissəsi olaraq Qarabağa təşkil olunacaq sahə səfəri zamanı iştirakçılar Ağdam, Cəbrayıl, Zəngilan və Şuşada həyata keçirilən yenidənqurma və yaşıl enerji layihələri ilə yaxından tanış olacaqlar.
20-ci Bakı Yay Enerji Məktəbi enerji sahəsində beynəlxalq bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, müxtəlif ölkələrdən olan mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və gələcəyin enerji siyasətinə dair dialoqun inkişafına töhfə verməyə davam edir.

Previous Post

52 yaşlı Penelopa Kruz sürücülük vəsiqəsi almaq qərarına gəlib

Next Post

Dünya çempionatının oyununa bilet səkkiz milyon dollara satılır

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.