Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
Qəza gecə saatlarında Həsənriz-Umudlu avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Kəlbəcər rayon sakinləri – 1973-cü il təvəllüdlü Nazim Əsgərov və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Könül Əsgərova hadisə yerində həyatını itirib.
Qəza zamanı avtomobildə olan digər sərnişin, 2000-ci il təvəllüdlü Mələk İsmayılova müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
//milli.az
