Almaniyada yeni cihaz hazırlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, cihaz ürək ritmini yoxlaya bilir.
Ağıllı unitaz qapağı cəmi 30 saniyə ərzində ürəyin fəaliyyətini qeydə alır. Sistem atrial fibrilasiya adlanan ritm pozğunluğunu müəyyən edə bilir. Araşdırmaya görə, nəticələr xəstəxanalarda istifadə olunan EKQ cihazlarına yaxın dəqiqlik göstərib. Məlumatlar mobil tətbiq vasitəsilə təhlil olunur. Mütəxəssislər bildirirlər ki, bu ritm pozğunluğu bəzən uzun müddət heç bir əlamət vermir. Vaxtında aşkar edilmədikdə isə insult riski artır. Alimlər yeni texnologiyanın erkən diaqnozda faydalı ola biləcəyini düşünürlər. Bununla yanaşı, cihazın nəticələrinin tam təsdiqlənməsi üçün əlavə elmi araşdırmaların aparılması vacib sayılır.
//Nəzər.Media
