Bu gün saat 09 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Mitsubishi” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 2 sərnişin – 40 yaşlı Qoşqar Babayev və 33 yaşlı Füzuli Abbaszadə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
//milli.az
