Avropa İttifaqında xarici siyasətdə veto qaydası ilə bağlı müzakirələr davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,11 ölkə Kaya Kallasa məktub göndərərək ixtisaslı səs çoxluğuna keçidi təklif edib.
Məktubu Almaniya, Fransa, İspaniya və digər səkkiz ölkə imzalayıb. Ölkələr vetonun Aİ-nin birgə qərarlar qəbul etməsinə mane olduğunu bildiriblər. Bununla belə, bu məsələnin yaxın vaxtlarda həll olunacağı gözlənilmir.
//Nəzər.Media
