Avropa İttifaqı Qara dənizlə bağlı xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Aİ Rusiyanın son addımlarını tənqid edib.
Birliyin Xarici Əlaqələr üzrə sözçüsü Anuar əl-Anuni bildirib ki, Moskva Qara dənizdə gərginliyi artırmağa çalışır. Onun sözlərinə görə, bu addımlar mülki dəniz daşımalarına və sərbəst gəmiçiliyə təhlükə yaradır. Sözçü həmçinin ərzaq daşımalarının da risk altına düşdüyünü qeyd edib. O bildirib ki, bu vəziyyət Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında milyonlarla insana təsir göstərə bilər. Aİ Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Qara dənizdəki ixrac marşrutlarının təhlükə altında qaldığını vurğulayıb.
//Nəzər.Media
